Suriya prezidenti Əhməd əl-Şara Rusiya universitetini bitirmiş qardaşı Maher əl-Şaraya vəzifə verib.

"Unikal" xəbər verir ki, Maher əl-Şara Suriya prezidentinin iqamətgahının yerləşdiyi Dəməşqdəki Respublika sarayının ofisinin işinə rəhbərlik edəcək. O, Prezident Xidmətinin baş katibi vəzifəsinə təyin edilib.

N.N adına Voronej Dövlət Tibb Universitetinin məzunu Maher əl-Şara 2024-cü il dekabrın 10-dan 2025-ci il martın 29-dək hakimiyyətdə olan Suriyanın keçid hökumətində səhiyyə naziri vəzifəsində çalışıb. 52 yaşlı Maher əl-Şara tibb dərəcəsinə malikdir və ginekologiya üzrə mütəxəssisdir, əvvəllər Suriya, Səudiyyə Ərəbistanı və Rusiyada çalışıb.