Fransanın şimalında üç radikal islamçı terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.
"Unikal" xəbər verir ki, b barədə “Le Parisien” məlumat yayıb. Axtarış zamanı onlarda içərisində detonatorları olan jilet aşkarlanıb.
Saxlanılanlar 19-24 yaş arasındadır və ölkənin şimalında yerləşən Lill və Dunkerk kommunalarının yerli sakinləridir. Onlardan ən gənci qruplaşmanın lideri hesab olunur - o, messencerdə mesajlar vasitəsilə şəriklərini "kafirləri qan içində boğmağa" çağırıb və Fransada əvvəllər törədilmiş terror aktlarını tərənnüm edib. O, bundan əvvəl də internetdə təqiblərə, o cümlədən ölümlə hədələrə məruz qalan Mila adlı fransız qadına qarşı İslam haqqında açıq danışdığına görə təhdidlər etdiyi üçün hüquq-mühafizə orqanlarının diqqətini çəkmişdi. Bundan əlavə, o, İslam Dövləti terror təşkilatına sədaqət andı yazıb.
Fransa polisi Daxili Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri ilə birlikdə onların evlərində axtarışlar aparıb, onların evlərində partlayıcı maddə olan jilet hazırladıqları məlum olub: o, sadə fişənglərlə təchiz edilib, lakin əməliyyatçıların şübhələndiyi kimi, gənclər onlardan yalnız eksperimentin bir hissəsi kimi istifadə ediblər. Onların kompüterlərindəki internet axtarış tarixçəsi güclü partlayıcı hazırlamaqla bağlı sorğulardan ibarət olub.