Türkiyə soyuq hava ilə əlaqədar və daxili tələbatı ödəmək üçün aprelin 8-dən limon ixracını dayandıracaq.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

“Ticarət Nazirliyi son şaxtalar fonunda limonun ixracını müvəqqəti dayandırmaq və daxili bazarda tələb-təklif balansını saxlamaq qərarına gəlib”, - deyə idarədən bildirilib.

Türkiyə xarici istehlakçılara 70%-ə qədər sitrus meyvələri ilə ən çox naringi və limon verir.