Naxçıvan şəhərində ehtiyatsızlıq edərək binadan yıxılan kişi ölüb.
"Unikal" xəbər verir kİ, hadisə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsində baş verib.
1940-cı il təvəllüdlü Tofiq Həbib oğlu Əsədov ehtiyatsızlıqdan yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, dünən gece saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.