ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-nin NATO-nun Brüsseldəki hərbi komitəsindəki nümayəndəsi Şoşanna Çatfildi işdən çıxarıb. B
"Unikal" xəbər verir ki,. bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, NATO müttəfiqləri amerikalı vitse-admiralın işdən çıxarılması ilə bağlı bildiriş alıblar, lakin Pentaqon hələlik kadr dəyişikliyi ilə bağlı hər hansı açıqlama verməyib.
Agentliyin mənbələrindən biri Çatfildin vəzifədən uzaqlaşdırılmasının müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüslərinə qarşı mübarizə ilə bağlı ola biləcəyini idda edib.