Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzi sularında qaçaqmalçılıq yolu ilə yanacaqdaşıyan gəmini saxladığını açıqlayıb.

"Unikal" bu barədə İran KİV-ə istinadən xəbər verir.

Məlumata görə, gəmiyə baxış zamanı 100 min litr yanacaq daşındığı müəyyənləşdirilib. SEPAH qüvvələri tərəfindən altı nəfərin də həbs edildiyi açıqlanıb.

Hələlik qaçaqmalçılıq iddiası ilə ələ keçirilən gəminin hansı ölkənin bayrağı altında üzməsi bəlli deyil.