Avropa Komissiyası 2025-ci ilin sonuna qədər Ukraynanın bərpası və modernləşdirilməsi üçün Kiyevə 9 milyard avro vəd edib.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Aİ-Ukrayna Assosiasiya Şurasının planlaşdırılan iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Ukrayna əsaslı islahatlar həyata keçirdiyi üçün biz bu ilin sonuna qədər əlavə 9 milyard avro verməyə hazırıq" – o deyib.