Ukrayna ədalətli, hərtərəfli və davamlı sülhə nail olmaq üçün bu il müharibəyə son qoymağa çalışır.

"Unikal" “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalyada Ukrayna icması ilə görüşündə deyib.

“Ukrayna dünyanın bütün ölkələrindən sülhə daha çox can atır. Biz bu müharibəyə bu il son qoymaq istəyirik. Biz Ukrayna üçün ədalətli, hərtərəfli, davamlı sülhə nail olmaq istəyirik”, - deyə Sibiqa əlavə edib.

“Biz real vəziyyətə daha çox dəyər verdik, həqiqi tərəfdaşlığa və dostluğa daha çox dəyər verdik”, - deyə Sibiqa bildirib.

Nazir köməyə görə Türkiyəyə, Prezident Ərdoğana və türk xalqına minnətdarlığını bildirib.