Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək üçün Rusiyaya gedəcək.

"Unikal" xəbər verir ki, səfərə Assambleyanın Şura, komitə və plenar iclaslarında iştirak daxildir. Tədbirlər aprelin 16-dan 19-dək Sankt-Peterburqda baş tutacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 2024-cü ildə MDB Parlamentlərarası Assambleyasında iştirak etmək üçün Sankt-Peterburqa getməyib.