Türkiyənin aparıcı toyuq əti firmalarından olan "Şenpiliç"in məhsulunda ölümcül bakteriya aşkar edilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən aparılan yoxlamalarda məlum olub.
Bundan sonra şirkətə cərimə tətbiq edilib və sözügedən məhsulların bazardan çıxarılmasına qərar verilib.
Məlumata görə, ölümcül bakteriya "Annemin Köftesi Piliç Kasap Köfte" məhsulunda aşkarlanıb. Nazirlik əməkdaşları tərəfindən sözügedən məhsuldan götürülən nümunələrin laboratoriya müayinələrində "L. monocytogenes" bakteriyası aşkar edilib.
Sözügedən məhsulun 5996 saylı Baytarlıq Xidmətləri, Bitki Sağlamlığı, Qida və Yem Qanununa uyğun olaraq ən qısa zamanda bazardan geri çağırılması barədə göstəriş verilib.
Qeyd edək ki, "Şenpiliç" daha əvvəllər Azərbaycana da məhsul ixrac etdiyini açıqlamışdı.
Ağarza Elçinoğlu