"Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovun Azərbaycana dönməsi barədə düşünmək lazımdır”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.

“Bizim sənəd məbədimizdə dava-dalaş gedir. Görün sənət cameəmiz nə vəziyyətdədir? Bu adamla maraqlanmaq, onu ölkəyə dəvət eləmək lazımdır. İstedad 100 ildə bir dəfə yetişir. Biz onun kinoda oynadığı rollarını xatırlayırıq. Çox arzu edərdim ki, bu adama diqqət yetirilsin, məktəbini yaratsın. Bu adam heç nədən Adanada böyük teatr yaradıb. Əlaqədar təşkilatlar bu adamı Vətənə qaytarsınlar”, - deyə deputat bildirib.

Anar Kəlbiyev