ABŞ prezidentliyinə keçmiş namizəd Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru postuna namizədliyini irəli sürmək niyyətindədir.

"Unikal" xəbər verir ki, "The New York Times" bu barədə mənbələrə istinadən yazıb.

2026-cı ildə hazırkı Demokrat qubernator Gavin Newsom vəzifəsini tərk edəcək.

məlumata görə, Harris müttəfiqlərinə bildirib ki, Kaliforniya qubernatorluğu seçkilərində uğurlu kampaniya ona ABŞ prezidenti Donald Trampa qarşı mübarizəni davam etdirmək və Demokratik prioritetləri müdafiə etmək üçün güclü mövqe verəcək.

Harris həmkarlarına 2028-ci ildə yenidən prezidentliyə namizəd olmaq istəmədiyini də bildirib. 

Qeyd edək ki, Harris ABŞ seçkilərində Trampa məğlub olmuşdu. 

Ağarza Elçinoğlu