Ginekoloq Maher Hüseyn əl-Şaraa Suriya prezidentinin yeni aparat rəhbəri təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə “Əl-Ərəbi” nəşri məlumat yayıb.
Məlumata görə, o, hazırda Suriya prezidenti səlahiyyətlərini icra edən Əhməd əl-Şaraanın kiçik qardaşıdır.
Qeyd olunur ki, bundan əvvəl Maher Hüseyn əl-Şaraa tibb sahəsində çalışıb. O, 2014-2021-ci illərdə ginekoloq olub, eyni zamanda Rusiyanın Voronej vilayətində yol Klinik Xəstəxanasının şöbəsinə rəhbərlik edib.
Təhsilini Rusiyada alan Maher Hüseyn əl-Şaraanın həyat yoldaşı rusdur və cütlüyün üç övladı var.
Ağarza Elçinoğlu