Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar yekunlaşıb. 

"Unikal" xəbər verir ki, Sankt-Peterburqda ybaş tutan görüş 4,5 saat davam edib. 

Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.

*** 19:39

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşünə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşdən ilk video da yayımlanıb.

İlkin məlumata görə, danışıqların mövzuları arasında Ukrayna münaqişəsinin həlli, eləcə də İran ətrafındakı vəziyyət olacaq.