Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Antalya səfərindən fotolar paylaşıb.
"Unikal" xəbər verir ki, fotolarda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanın övladları - Əli və Mikayıl Ağalarovlar yer alıb.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində Antalya Diplomatik Forumunun açılış mərasimi keçirilib. Dövlət başçısı və Birinci xanım forumda iştirak ediblər.