ABŞ İranın nüvə proqramını müzakirə edərkən onunla danışıqlarda güzəştə getməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Wall Street Journal”a bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının “qırmızı xətləri”nə İranın nüvə silahı istehsalını dayandırması daxildir.

Xüsusi nümayəndə deyib ki, şənbə günü Omanda keçiriləcək danışıqlarda Tramp administrasiyasının ilk tələbi Tehranın nüvə proqramına son qoyması olacaq, lakin o, razılığın əldə edilməsinin “kompromislər tələb edə biləcəyini” etiraf edib.

Uittkoff əlavə edib ki, əgər İran nüvə proqramını bağlamaqdan imtina edərsə, o, necə davam edəcəyini müəyyən etmək üçün məsələni Trampa həvalə edəcək.

Uitkoff həmçinin bildirib ki, İran nümayəndə heyəti ilə ilk görüşün məqsədi etimad yaratmaq olacaq.