Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.