"Kağız üzərində isə imzalanmış və rartifikasiya edilmiş sülh və dövlətlərarası əlaqələrin bərpasına dair razılaşmamız yoxdur".
"Unikal" xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan çıxışında ATƏT Minsk Qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib.
"Bizim üçün həll aydındır – biz razılaşma imzalamalıyıq. Münaqişəyə institusional qaydada son qoymalıyıq və istəyirsinizsə bunu (Minsk Qrupunu – red.) elə eyni gündə də ləğv edə bilərik. 10 dəqiqə ara ilə. Bir sənədin ardınca digəri. Mən hətta demirəm ki, hansı sənəd birinci imzalanmalıdır”, - Mirzoyan qeyd edib.