Aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından ali və yüksəksəviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***15:38

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. 

Bildirilir ki, görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.

Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

***15:08

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş keçirir.

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya KİV məlumat yayıb.