Ötən gün axşam saatlarında Abşeron rayonunun Fatmayi qəsəbəsində 1973-cü il təvəllüdlü İftixar Həşimov qətlə yetirilib. 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Kənan Məmmədov saxlanılıb.
"Unikal"ın məlumatına görə, qətlə yetirilən İftixar Həşimovun oğlu Fərid Həşimov ötən il 23 yaşında ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.
Qeyd edək ki, ağır qəza 2024-cü ildə Abşeron rayonu Novxanı qəsəbəsində baş vermişdi. "Daewoo Gentra" markalı minik avtomobilinin "Ural" markalı yük maşınına çırpılması nəticəsində Fərid Həşimov və Emin Xudiyev ağır xəsarətlər alaraq hadisə yerində ölüblər.
Anar Kəlbiyev