"Sticker Mule" şirkətinin baş direktoru və Nyu-York Konqresinə keçmiş namizəd Entoni Konstantino ABŞ prezidenti Donald Trampa siyasətçinin 7 metrlik heykəlini hədiyyə edib.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Beast" məlumat yayıb.

"Konstantino Tramp Beynəlxalq Qolf Klubuna səfəri zamanı prezidentə bürünc heykəl hədiyyə edib",  - məlumatda qey olunub. 

Nəşr bildirir ki, heykəl qolf klubunun daimi obyektinə çevriləcək və klub binası ilə 27 dəlikli qolf meydançasının birinci çuxuru arasında yerləşəcək. Heykəl “İtaətsizlik abidəsi” adlanır. O, Antoni Konstantinonun adının həkk olunduğu daş postamentin üzərində yerləşir.