Göygöldə minik maşını aşıb, sürücü xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Balçılı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını yolda çıxaraq aşıb. Qəza zamanı 25 yaşlı sürücü P.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Tural Əhmədov