Bakı, Ankara və İrəvan heç vaxt indiki kimi bir-birinə yaxın olmayıb.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması perspektivlərini şərh edərkən bildirib.

"Mən deyə bilmərəm ki, indi ideal vaxtdır. Ola bilsin ki, belə bir məqam heç vaxt gəlməyəcək. Amma indiki vəziyyəti vicdanla qiymətləndirsək, əminliklə deyə bilərik ki, biz sülhə və sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq və düşünürəm ki, türkiyəli və azərbaycanlı həmkarlarım bunu təsdiq edəcəklər", - deyə erməni nazir qeyd edib.