"Rusiya ABŞ prezidenti Donald Trampla ölkəni tələyə sala biləcək sövdələşmədən necə qaçacağını bilir".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Moskva Vaşinqtondan “normal sövdələşmələr” təkliflərini eşidəndə, sözün yaxşı mənasında, onlara qarşılıqlı fayda nöqteyi-nəzərindən yanaşır.

"Biz heç vaxt imtina etmədiyimiz qarşılıqlı faydalı sövdələşmənin nəyə bənzədiyini və hansı sövdələşmənin bizi başqa bir “tələ”yə sürükləyə biləcəyini çox gözəl başa düşürük”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Gülayə Mecid