“Aparılan auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belədir. Niyə kifayət qədər tövsiyyələr qəbul olunur, amma bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür. Artıq satınalmalarla bağlı qanun qəbul olunub. Bu qanunun qəbul olunması ilə əlaqədar nə qədər faktlar sadalanıb. Bu, açıq şəkildə göstərir ki, qanun qəbul olunub, amma onun reallaşması mexanizmi yetərli səviyyədə olmadığı üçün həmin çatışmazlıqlar kifayət qədərdir”, - deyə deputat bildirib.

Anar Kəlbiyev