"Müharibə üçün heç bir əsas yoxdur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi prinsiplərini vurğulayıb.
Paşinyan Ermənistan və Azərbaycanda fəaliyyət göstərən bütün siyasi və ictimai qüvvələri həddindən artıq məsuliyyət nümayiş etdirməyə, bu prinsiplərə zidd və sülh prosesinə zərər verə biləcək bəyanatlardan çəkinməyə çağırıb.
"Bu məntiqin alternativi yoxdur. O, aydın və ardıcıl şəkildə təbliğ edilməlidir. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir. Müharibə olmayacaq, sülh olacaq".
Ağarza Elçinoğlu