Ali Rada növbəti dəfə Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.

"Unikal" xəbər verir ki,  hərbi vəziyyətin uzadılmasına 357 xalq deputatı səs verib.

346 deputat ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.

Yalnız Avropa Həmrəyliyi Partiyasından olan deputat Aleksiy Qonçarenko hərbi vəziyyətin uzadılması və səfərbərliyin əleyhinə səs verib.

Bu, artıq hərbi vəziyyətin və ümumi səfərbərliyin 15-ci uzadılmasıdır. Qərar 2025-ci il mayın 9-dan avqustun 6-dək 90 gün müddətində qüvvədə olacaq.