Türkiyə parlamentinin sədr müavini Sırri Süreyya Öndər xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb. 

Türkiyə Səhiyyə Nazirliyi açıqlamasında onun infarkt keçirərək xəstəxanaya yerləşdirildiyini və xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Əməliyyat başa çatıb və o, həkimlərin nəzarəti altındadır.