Fransalı deputat Nikolas Metzdorf İrəvanda ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.
"Bu gün Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın (Azərbaycanın Qarabağ bölgəsi - red.) mühacirətdə olan prezidenti ilə İrəvanda görüşə bildim...", - deyə o qeyd edib.
Onu da deyək ki, bu addım fransızların separatçılığı dəstəkləməsinə aid ilk nümunə deyil.
Ağarza Elçinoğlu