"Biz hesab edirik ki, İrəvan və Bakı ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müvafiq birgə təkliflə çıxış etsələr, bu, optimal həll yolu olar".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmsədrlə əlaqəni dayandırdıqdan sonra, 2022-ci ilin oktyabrında Ermənistan Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyanda və 2023-cü ilin payızında vəziyyət kəskin şəkildə dəyişəndə ATƏT-in Minsk Qrupu aktuallığını itirdi və indi də ləğv edilməlidir", - deyə diplomat qeyd edib.
O əlavə edib ki, Rusiya Ermənistan-Azərbaycan danışıqları və sülh müqaviləsinin imzalanması üçün öz platformasını təqdim etməyə hazırdır.
Ağarza Elçinoğlu