Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqların konstruktiv və effektiv olduğuna inandığı müddətcə aparacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirib.

"Danışıqların müddəti onların irəliləyişindən asılıdır. Bizə gəlincə, İran İslam Respublikasının nümayəndə heyəti bu yola tam ciddiyyətlə daxil olub və nə qədər ki, danışıqların konstruktiv və səmərəli davam edəcəyinə inanırıq, biz onları davam etdirəcəyik", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu