Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə üstünlük dilində danışmamalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
"Rusiya ilə belə danışmaq olmaz. Əgər bu istəklilər koalisiyasına ən azı az-çox ağlı başında olan liderlər rəhbərlik edirsə, onlar bunu tez başa düşməlidirlər", - Lavrov deyib.
XİN rəhbəri vurğulayıb ki, Aİ ölkələrinin liderləri Avropada nasist ideologiyasını dirçəltmək yolu ilə gedir və Rusiyaya qarşı döyüşkən və düşmən şüarları səsləndirirlər.
Ağarza Elçinoğlu