Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Pasxa atəşkəsi sabah gecə yarısı başa çatacaq və onun uzadılması ilə bağlı heç bir əmr verilməyib", - deyə diplomat qeyd edib. 

Qeyd edək ki, Putin dünən "Pasxa atəşkəsi" elan edib. Ümumilikdə 30 saat davam edəcək atəşkəs zamanı Putin Ukraynada hər hansı hərbi əməliyyatı qadağan edib. 

Ağarza Elçinoğlu