Ermənistan hökuməti əmlak vergisinin artırılmasından narazı olanları rüşvətlə susdurmağa çalışır. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Qeyd olunub ki, kiçik və orta sahibkarlar bir çoxlarının həyatını cəhənnəmə çevirən qanun dəyişikliklərinə etirazlarını bərpa etməyə hazırlaşır: "Vergi dərəcəsinin iki dəfə artırılmasından narazı olan kiçik və orta sahibkarlıq nümayəndələri hökumət qarşısında mütəmadi olaraq etiraz aksiyaları təşkil edirlər. Onlar hakimiyyəti sahibkarları gündəlik çörəyindən məhrum etməkdə, işləmək imkanı verməməkdə ittiham edirlər". 

Ağarza Elçinoğlu