Martın 15-də Pentaqon rəhbəri Pit Heqset məxfi məlumatı messencer vasitəsilə həyat yoldaşı ilə paylaşıb. 

"Unikal" xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat paylaşıb. 

Nəşrin məlumatına görə, Heqset xanımına Yəmən husilərinin mövqelərinə zərbələr endirən F/A-18 Hornet qırıcılarının uçuş cədvəlini göndərib.

Bununla yanaşı  müdafiə nazirinin şəxsi telefonundan keçirilən “komandanın iclası” söhbətində onun həyat yoldaşı, qardaşı, vəkili və iki keçmiş məmur da daxil olmaqla 10-a yaxın adam iştirak edib.

“Çatdakı müzakirələr təşkilati məsələlərə aid idi, lakin məlumatların sızması qalmaqala səbəb oldu”, - nəşr qeyd edir.

Martın 24-də "The Atlantic"in baş redaktoru Cefri Qoldberq bildirib ki, onu səhvən "Signal" messencerində ABŞ hökumətinin gizli söhbətinə əlavə ediblər. Nəticədə jurnalist yüksək rütbəli Amerika rəsmilərinin Yəməndəki hərbi əməliyyatın təfərrüatlarını müzakirə etdiklərinin şahidi olub. 

Gülayə Mecid