Durham Universitetinin (Böyük Britaniya) alimləri yüksək gəlirli insanların sosial statusu aşağı olanlara nisbətən daha dolğun hiss etdiklərini aşkar ediblər.
"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Food Quality and Preference" (FQP) jurnalında dərc olunub.
Təcrübədə müxtəlif sosial təbəqələrdən olan 96 tələbə iştirak edib. Onların hər birinə 70 ədəd südlü şokolad olan boşqab təklif edilib və şirniyyatın dadına qiymət verərkən istədikləri qədər yemək tələb olunub.
Dequstasiya zamanı alimlər ürək döyüntüsünün dəyişkənliyini ölçüblər. Bu göstərici bağırsaq və beyin arasındakı əlaqəni tənzimləyən vagus sinirinin fəaliyyətini, həmçinin aclıq və toxluq hisslərini əks etdirir.
Tədqiqatın aparıcı müəllifi izah edib ki, varlı ailələrdən olan iştirakçılar bədənlərinin daxili siqnallarına daha çox güvənirlər - onlar tox hiss etdikdə yeməyi dayandırırdılar. Daha az əlverişli şəraitdə böyüyən tələbələr arasında bu əlaqə daha zəif idi - onlar daha çox yemək yeyirlər.
Əvvəlki tədqiqatlara qeyd olunurdu ki, yemək vərdişləri əsasən qidanın mövcudluğu kimi xarici amillərin təsiri altında formalaşır. Ancaq yeni araşdırmalar göstərir ki, insanın öz bədəninin siqnallarına nə qədər həssas olması da mühüm rol oynayır. Hələlik təcrübə yalnız şokoladla aparılıb, lakin gələcəkdə alimlər bu təsirin digər qida növlərinə də şamil olub-olmadığını yoxlamağı planlaşdırırlar.
Gülayə Mecid