Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə gedib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, onun təyyarəsi Səmərqənd hava limanına enib. 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişaf etdirilməsi, beynəlxalq problemlər, regional təhlükəsizlik məsələləri, həmçinin Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Mərkəzi Asiya - Rusiya formatlarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək üçün ölkə prezidenti Şavkat Mirziyoyev və xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşməyi planlaşdırır.