Azərbaycan və İran xalqları arasındakı münasibətlər minilliklərin dərin dostluğuna əsaslanır. 

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Bakıya gözlənilən səfəri ərəfəsində deyib. 

Pezeşkian vurğulayıb ki, İran və Azərbaycan xalqları arasında qədim tarix, mədəni və dini ortaq dəyərlər mövcuddur: "İki ölkə və xalq arasında qarşılıqlı əlaqələrin sahələri və imkanları çox geniş, dərin və çoxşaxəlidir. Onlar arasında münasibətlərin bərpası prosesi davam etdikcə, biz yaxın gələcəkdə onun yaxşılaşmasının şahidi olacağıq". 

İran prezidenti ümidvar olduğunu bildirib ki, onun səfəri iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Ağarza Elçinoğlu