ABŞ və İran arasında danışıqların üçüncü raundu aprelin 26-da Omanın paytaxtı Maskatda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" dövlət agentliyi məlumat yayıb.

Bundan əlavə, qeyd edilir ki, iki dövlətin texniki qrupları arasında danışıqlar İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündən bir gün əvvəl baş tutacaq.

"Aprelin 26-da İran və Amerika ekspert qrupları ilk dolayı danışıqlarını keçirəcək, onun nəticələri iki ölkənin ən yüksək səviyyəli nümayəndələrinə (Əraqçi və Uitkoff) çatdırılacaq. Bundan sonra Əraqçi və Uitkoffun başçılığı ilə yüksək səviyyəli danışıqlar aparılacaq", - deyə məlumatda qeyd edilir. 

Həm texniki qrupların danışıqları, həm də Uitkoff və Əraqçi arasında müzakirələr birbaşa olmayacaq, Omanın vasitəçiliyi ilə baş tutacaq.