İran-ABŞ danışıqlarının üçüncü raundu dörd saatdan çox davam edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə danışıqlarla yaxından tanış olan rəsmilər məlumat veriblər.
Qeyd olunub ki, ABŞ və İran arasında birbaşa və dolayı təmaslar olub.
Danışıqların növbəti mərhələsi gələn həftə Avropada baş tutacaq.
"Birləşmiş Ştatlar və İran arasında bugünkü danışıqlar qarşılıqlı hörmət və uzunmüddətli öhdəliklərə əsaslanan razılaşma əldə etmək üçün ortaq istəyi ortaya qoydu. Bütün əsas prinsiplər, məqsədlər və texniki məsələlər müzakirə olunub", - Omanın xarici işlər naziri bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə öz növbəsində danışıqların gedişindən və tempindən razı qaldığını bildirib və hər iki tərəfin ciddi olduğunu vurğulayıb.
O qeyd edib ki, danışıqlar zamanı tərəflər bir neçə dəfə yazılı mövqe mübadiləsi aparıblar.
Ağarza Elçinoğlu