ABŞ prezidenti Donald Trampın prezidentlik fəaliyyətinin 100-cü günündə reytinqi son 80 ilin ən aşağı səviyyəsinə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə ABC News/Washington Post/Ipsos sorğusuna istinadən xəbər yayıb.
Hazırda respondentlərin 39%-i Trampın vəzifədə olduğu ilk 100 gündəki fəaliyyətini bəyənir, 55%-i isə əksinədir.
Respondentlərin 72%-nin yaxın gələcəkdə baş verəcəyinə inandığı tənəzzül qorxusuna görə ictimaiyyətin Trampın bir çox siyasətini bəyənmədiyi və onun iqtisadi siyasətini xüsusilə tənqid etdiyi bildirilir. Buna baxmayaraq, Trampa inam hələ də demokrat konqresmenlərdən daha yüksəkdir.