Goranboyda zənvirvari qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ 2107" və "VAZ 2106 "markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Turaəl Əhmədov