Ağdaşda qəzada yaralananların adları bəlli olub.
"Unikal" xəbər verir ki, 3 avtomonilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Zaur Cabbarov, 1997-ci il təvəllüdlü Fatimə Hüseynova və 1991-ci il təvəllüdlü Həqiqət Gözəlova yaralanıblar. Ağdaş rayon sakini olan hər üç yaralı xəstəxanaya yerləşdirilib.
***22:50
Ağdaşda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. İlkin məlumata görə, qəza zamanı ikisi qadın olmaqla 3 nəfər yaralanıb. Belə ki, "Vaz" və BYD markalı msşınlar toqquşarkən "Vaz" zərbənin təsirindən yol kənarında hərəkətsiz dayanan "Hyundai"ya çırpılıb.
Yaralılar təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov