Papa XIV Leo Papa Fransiskin sosial media hesablarını miras alıb və İnstaqramda öz hesabını yaradıb.
"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Papa XIV Leo X və "Instagram"dakı rəsmi papa hesabları vasitəsilə sosial mediada aktiv iştirakını davam etdirmək qərarına gəlib. Bu gündən etibarən o, artıq Papa Fransisk və ondan əvvəl Papa XVI Benediktin istifadə etdiyi və doqquz dildə (ingilis, ispan, portuqal, italyan, alman, polyak, ərəb və fransız) nəşr olunan @Pontifex hesablarını miras alacaq”, - məlumatda deyilir.
Papa Fransiskin İnstaqram paylaşımları köhnə hesabında, X yazıları isə Vatikanın rəsmi saytında arxivləşdiriləcək.