Karyerası və sosial media paylaşımları ilə adından söz etdirməyə davam edən aktrisa Hande Erçel bu il də 78-ci Kann Film Festivalına qatılıb.
"Unikal" xəbər verir ki, festival üçün xüsusi hazırlaşan Hande Erçelin geyimi diqqət çəkib.
Sosial media istifadəçiləri Erçeli şahzadəyə, bəziləri isə Banu Alkana bənzədib.
Xatırladaq ki, Fransanın Kot d’Azur bölgəsinin mənzərəli şəhəri Kann 78-ci dəfə dünya kinosunun ən nüfuzlu tədbirlərindən biri olan Kann Film Festivalına ev sahibliyi edir.
Dünyaca məşhur festivala Hande ilə yanaşı, aktrisa Birce Akalay da iştirak edib.