Ötən gün Fransanın Kot d’Azur bölgəsinin mənzərəli şəhəri Kann 78-ci dəfə dünya kinosunun ən nüfuzlu tədbirlərindən biri olan Kann Film Festivalına ev sahibliyi edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  festival 13-24 may tarixlərində keçiriləcək. 

Bunun fonunda dünyanın aparıcı kino ulduzları, rejissorları və prodüserləri gecəyə axın edib. 

Bu il Kann Film Festivalı tarixində ilk dəfə olaraq qırmızı xalıda premyera üçün geyim kodu qaydalarını təqdim edib.

Beləliklə, "bəzi səbəblərə görə" açıq-saçıq geyinmək qadağandır. Bundan əlavə, "qonaqların normal axınına mane olan və zalda oturmağı çətinləşdirən böyük həcmli paltarlara" icazə verilmir. Qaydaları pozanlar qırmızı xalçaya və ya festivalın digər ərazilərinə buraxılmayacaq.

Bildirilir ki, yeni geyim kodu "məşhur stilistləri anafilaktik şoka salıb".

Kann Film Festivalı 1946-cı ildən ənənəvi olaraq may ayında keçirilir və dünyanın hər yerindən kino elitasını bir araya gətirir. Baş mükafat, "Qızıl Palma" budağı ən nüfuzlu kino mükafatlarından biridir.