Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Türkiyə, ABŞ və Suriya xarici siyasət idarələrinin rəhbərləri arasında üçtərəfli görüş baş tutub.

"Unikal" Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mark Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Belek rayonundakı NEST Konqres Mərkəzində keçirilib.

Hakan Fidan Dəməşqə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasına və Suriyada sabitliyin pozulmasına yol verilməməsinə çağırıb.

*** 21:38

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

Görüş Dolmabağça sarayında baş tutacaq.