Buxarestin meri, mərkəzçi Nikuşor Dan Rumıniyada keçirilən prezident seçkilərində 53,6% səs (6,1 milyon seçici) toplayaraq qalib gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Seçki Komissiyası məlumat yayıb.
Onun rəqibi, ifrat sağçı Rumınların Birləşməsi Alyansının (AUR) lideri George Simion 46,4% (5,3 milyon) səs toplayıb.
Dan qələbədən sonra Buxarestdəki seçki qərargahının qarşısında tərəfdarlarına "Bu, sizin qələbənizdir", - deyə müraciət edib.