Ukrayna Silahlı Qüvvələri yerüstü və hava pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiyanın Qara dənizdəki RLS və anbarını məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Zərbə pilotsuz uçuş aparatı tərəfindən endirilib, bundan sonra radar stansiyası dəniz qüvvələrinə məxsus PUA ilə vurulub.

Nəticədə Rusiya tərəfinin hava və yerüstü vəziyyəti izləmək üçün istifadə etdiyi Neva RLS, həmçinin platformanın anbarları və qüllədəki yaşayış sahəsi məhv edilib.

Ağarza Elçinoğlu