İrəvanla Bakı arasında müzakirələr davam edir.

"Unikal" xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, bu prosesin davam etdirilməsini təmin etmək üçün tərəflər arasında razılaşma var:

“Mən istisna etmirəm ki, yaxın gələcəkdə iki ölkə liderləri formatında, eləcə də xarici işlər nazirləri formatında müzakirələr davam edə bilər”. 

Sədr əlavə edib ki, bu, yaxşı xəbərdir, lakin hələlik konkret razılaşma yoxdur.

Gülayə Mecid